
Şimali Koreya liderini Hitlerə bənzədən məqalə yazıçıları ölümlə təhdid olunub.
Şimali Koreya lideri Kim Çen Inın Adolf Hitlerin “Mənim mübarizəm” (Mein Kampf) kitabından liderliklə bağlı məsləhətlər aldığını iddia edən məqalə yayımlanıb. Anspress-in xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkədən qaçan şəxslərin idarə etdiyi “New Focus International” internet portalında yayımlanan məqalədə, Kim Çen Inın bəzi dövlət səlahiyyətlilərinə “Mənim mübarizəm” kitabını hədiyyə etdiyi iddia olunub.
Liderin Hitlerin yolunda olduğu qeyd edilib.
Məqalə yayımlandıqdan sonra Kim Çen ının məqalə yazıçılarını ölümlə təhdid etdiyi bildirilib.
Kim Çen In bu iddiaların “qaralama” kampaniyası olduğunu deyib.
Qaynar.info