Xəbər lenti

Şimali Koreya liderinin qızı oldu
Dünya10:13 09.09.2013

Şimali Koreya liderinin qızı oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məşhur amerikalı basketbolçu Dennis Rodman ikinci dəfə Şimali Koreyaya səfər edib. 
Qaynar.info xəbər verir ki, Rodman ölkə lideri Kim Yonq Unun qızının dünyaya gəldiyini deyib. 
Bir müddət əvvəl Kimin xanımı Ri Sol hamilə olaraq görüntülənmişdi. Daha sonra birinci xanım ictimaiyyət arasına çıxmadı. 
Şimali Koreya rəsmiləri birinci xanımın uşaq dünyaya gətirdiyini təsdiq etmişdilər. 
Denis Rodman İngiltərənin "The Guardian" qəzetinə verdiyi açıqlamasında uşağı qucağına götürdüyünü söyləyib. Basketbolçu Kimin gözəl ailəyə sahib olduğunu deyib. 
Qaynar.info