Xəbər lenti

Şimali Koreya növbəti raketi atdı: sərt açıqlamalar
Dünya05:38 15.09.2017

Şimali Koreya növbəti raketi atdı: sərt açıqlamalar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şimali Koreya növbəti ballistik raketi sınaqdan keçirib.

"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, Cənubi Koreya rəsmiləri raketin 770 km yüksəkliyə qalxması, 3700 km məsafə qət edərək Yaponiyanın Hokkaydo adası üzərindən keçərək Sakit okeana düşməsi barədə məlumat yayıb.

Yaponiyanın baş naziri Şinzo Abe məsələ ilə bağlı açıqlama verərək ölkəsinin belə təhlükəli addıma tolerant qala bilməyəcəyini, Şimali Koreyanın parlaq gələcəyinin olmayacağını deyib. 

ABŞ dövlət katibi Reks Tillerson açıqlama verərək bu addımı qınayıb, Çin və Rusiyanı Şimali Koreyaya dəstək verməkdə ittiham edib.

Cənubi Koreya prezidenti Mun Ce İn dərhal milli təhlükəsizlik şurasını çağırıb və Şimali Koreyaya növbəti diplomatik və iqtisadi sanksiyalar barədə xəbərdarlıq edib.

Qeyd edək ki, qısa müddət əvvəl bu ölkə hidrogen bombasını sınaqdan çevirib. Bu həftə isə buna cavab olaraq BMT Şimali Koreya əleyhinə ciddi iqtisadi sanksiyalar qəbul edib.

Gülşən

Qaynarinfo.Az