
Şimali Koreya prezidenti Kim Çen İn yeni raket layihələrini analiz edib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, raketlərin layihələrinin yer aldığı şəkillər paylaşılıb. Şimali Koreya lideri Kim Çen İnin ziyarət etdiyi müəssisədə təqdim edilən layihələrdən birinin yeni olduğu, əvvəl heç yerdə görülmədiyi deyilir.
"Pukguksong-3" adlı raket daha əvvəl təqdim edilməyib.
Qeyd edək ki, ölkə ABŞ hərbi bazası yerləşən Quam adasına hücum hədəsindən sonra ilk dəfə digər ölkələri təhdid edəcək məlumat yayıb.
Ötən günlərdə təşkil edilən ABŞ-Cənubi Koreya hərbi təliminə Şimali Koreyadan ciddi cavab gəlməməsi ABŞ prezidenti Donald Tramp tərəfindən müsbət qiymətləndirilmiş, gələcəkdə iki ölkə arasında əlaqələrin mümkünlüyü qeyd edilmişdi.
Gülşən
Qaynarinfo.Az








