Xəbər lenti

Şimali Koreya ən güclü ballistik raketini sınaqdan keçirdi
Dünya05:54 29.11.2017

Şimali Koreya ən güclü ballistik raketini sınaqdan keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şimali Koreya qitələrarası ballistik raket sınağını uğurla həyata keçirdiyini açıqlayıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, "Hwasong-15" adlı raket bu günə qədər sınaqdan keçirilənlərin ən güclüsü hesab edilir. Raket Yaponiya sularına eniş edib.
Şimali Koreya mətbuatı bildirir ki, ballistik raket 53 dəqiqədə 4475 km məsafə qət edib və 950 km yüksəkliyə qalxıb. Dövlət televiziyası bu sınaqdan sonra ölkənin nüvə ölkəsinə çevrilmə prosesinin tamamlandığını iddia edib. 
Yaponiya raketin ölkə üzərindən keçmədiyini, lakin Yaponiyanın şimal sahilindən 250 km məsafəyə eniş etdiyini açıqlayıb. 
Sınaqdan sonra açıqlama verən ABŞ prezidenti Donald Tramp məsələ ilə məşğul olacaqlarını deyib. Xarici işlər naziri Reks Tillerson raket sınağını qınayıb və BMT-də iclasın keçiriləcəyini istisna etməyib. 
Gülşən