Şimali Koreya uğursuzluqla nəticələnən ballistik raket buraxılışının sınağına cəhd edib.
"Qaynar" axar.az-a istinadən xəbər verir ki, bu barədə bu gün Cənubi Koreya silahlı qüvvələri qərargah rəislərinin birləşmiş komitəsi Şimali Koreyada uğursuz raket sınağı barədə məlumat yayıb. Məlumata əsasən, Pxenyan Xamqyon-Namdı əyalətinin Sinpxo qəzasında növü hələlik dəqiqləşdirilməmiş raket buraxılşına cəhd edib. Raketin növü barədə məlumat olmasa da, mütəxəssislər onun KN-15 orta məsafəli ballistik raket olduğunu güman edirlər.
Raket buraxılışından sonra Yaponiya hökuməti Baş nazirin dəftərxanası yanında böhran qərargahı yaradıb. Cənubi Koreya isə Təhlükəsizlik Şurasının daimi komitəsinin təcili iclasını çağırıb.
Qaynar.Az