Xəbər lenti

Şimali Koreyanın raket proqramı üçün gərəkən malları hansı ölkə verir?
Dünya14:12 13.01.2022

Şimali Koreyanın raket proqramı üçün gərəkən malları hansı ölkə verir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın sanksiyalarına məruz qalan Rusiyanın "Parsec” şirkəti KXDR-in raket proqramı üçün mal və texnologiyaların "əsas mənbəyidir”. 
Qaynarinfo xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken bildirib.
2016-2021-ci illərdə Şimali Koreya vətəndaşı O Yen-ho Kevlar sapı, aramid lifi, aviasiya yanacağı, podşipniklər və yüksək dəqiqlikli freze maşınları almaq üçün "Parsek” və onun inkişaf direktoru ilə əməkdaşlıq edib, - Blinken agentliyin yaydığı bəyanatda bildirib. Dövlət Departamentinin məlumatına görə, bu sövdələşmələr Şimali Koreyanın raket proqramı üçün əsas mal və texnologiya mənbəyinə çevrilib.
Bir gün əvvəl ABŞ hökuməti "Parsek” şirkətinə və O Yen Ho kimi Rusiyada və ya Çində yaşayan yeddi fiziki şəxsə - bir Rusiya və altı KXDR vətəndaşına qarşı silahların yayılmaması rejimini pozduqlarına görə sanksiyalar tətbiq edib.
Alpər