Xəbər lenti

Siqareti tərgitmək istəyənlər üçün şans yaranıb - VİDEO
Ölkə04:36 19.10.2016

Siqareti tərgitmək istəyənlər üçün şans yaranıb - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlət siqareti tərgitmək istəyənlərə kömək edəcək. Bu məqsədlə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nəzdində xüsusi kabinetlər yaradılacaq. İlk belə kabinet noyabrın 1-dən fəaliyyətə başlayacaq.

Qaynarinfo.Az xezerxeber.com-a istinadən bildirir ki, pilot layihə kimi yaradılan kabinetin nəticələri səmərəli olsa gələcəkdə şəhər və rayon poliknikalarında da belə kabinetlərin yaradılması nəzərdə tutulur. Hazırda kabinetdə çalışacaq mütəxəssislər üçün təlimlər keçirilir.

Noyabrın 1-dən bu məqsədlə qaynar xətt də istifadəyə veriləcək. Tütün istifadəçiləri bu cür kabinetlərin və qaynar xəttin siqareti tərgitməyə kömək olacağına inanır.

Qaynarinfo.Az