Maqazin 16:49 01.07.2022

Sirrozdan əziyyət çəkən aktyor Elvin Ağayev Ankaradan Bakıya qayıtdı - Səbəb

Qaraciyər sirrozundan əziyyət çəkən aktyor Elvin Ağayev artıq Bakıdadır.

Bunu Qaynarinfo-ya aktyorun həyat yoldaşı Elvina Atakişiyeva deyib. O, Türkiyədəki müalicənin yüksək səviyyədə keçdiyini, buna görə bir müddətlik Bakıya gəldiyini bildirib:

"Elvinin vəziyyəti stabildir. Hazırda Elvin əməliyyata hazırlanır. Əməliyyat üçün gün sayırıq. Yaxın zamanda əməliyyatin tarixi bəlli olacaq. ondan sonra Türkiyəyə gedəcəyik”.

E.Atakişiyeva Elvin Ağayeva müalicəsi üçün dəstək olan hər kəsə təşəkkür edib. 

Qeyd edək ki, aktyor Elvin Ağayev qaraciyər sirrozundan əziyyət çəkir. Aktyor müalicə olunmaq üçün Türkiyənin Ankara şəhərində aparılmışdı.

Bahar Rüstəmli