Xəbər lenti

Şirvan sakini polisləri bıçaqladı
Ölkə10:50 23.03.2017

Şirvan sakini polisləri bıçaqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şirvan sakini polis əməkdaşlarına bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyindən "Qaynar"a verilən məlumata görə, martın 21-də narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Solovyev Şirvan ŞPŞ əməkdaşları tərəfindən saxlanılarkən 2 polis əməkdaşının əl nahiyəsinə bıçaqla xəsarət yetirib.
Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
M.Solovyev isə tutulub, ondan 1 bıçaq və 9 qram marixuana götürülüb.
Qaynar.Az