Xəbər lenti

Sivilizasiyadan qaçan ailə FOTOLAR
Dünya07:29 09.05.2015

Sivilizasiyadan qaçan ailə FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kanadalı ailə sivilizasiyadan qaçıb üzən adaya yerləşib. 

Anspress-in məlumatına görə, Ueyn Adams və Ketrin Kinq suyun üzərində yerləşən evlərini "Azadlıq buxtası" adlandırıblar.

Bu üzən ev - ada Britaniya Kolumbiyasının Vankuver sahillərində yerləşir. 

Cütlük artıq 23 ildir burada yaşayır və bir dəfə də olsun bu seçimlərindən şikayət etməyiblər. Ailə iddia edir ki, azadlıq məhz bu deməkdir.

66 yaşlı Ueyn və 59 yaşlı Ketrinin sözlərinə görə, burada həyat o dərəcədə gözəl və möhtəşəmdir ki, onu hətta Yer üzünün Cənnəti adlandırmaq olar.



Ueyn Adams və Ketrin Kinq öz "Azadlıq buxta"larını 1992-ci ildən qurmağa başlayıblar


12 platformadan ibarət olan konstruksiyaya rəqs meydançası, bədii qalereya, qonaq evi, yaradıcılıq emalatxanası və 5 bitki yetişdirmək üçün qapalı isti yer daxildir




Ər-arvadın sərəncamında yarım hektara yaxın torpaq ərazi var. Onlar burada lazım olan meyvə və tərəvəzləri yetişdirirlər



İçməli suyu şəlalədən və ya yağışdan əldə edirlər


Elektrik almaq üçün günəş panellərindən istifadə ediblər, lakin bu yaxınlarda sıradan çıxıb


Hər şey qış aylarında baş verən fırtınada ağacların aşması ilə başlayıb. 


Kinq və Adams bu yıxılmış ağacları özlərinin gələcək üzən evlərinin birinci hissəsinin tikintisində istifadə edirlər


59 yaşlı Ketrin musiqiçi, rəqqasə, yazıçı və rəssamdır



66 yaşlı Ueyn rəssam - həkkakdır. O, ağacdan və ya fil sümüyündən düzəltdiyi əl işlərini satmaqla qazanır