Xəbər lenti

Siyavuş Kərimi iki aydır qayınanasıyla görüşə bilmir
Ölkə11:10 05.05.2020

Siyavuş Kərimi iki aydır qayınanasıyla görüşə bilmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Karantin başlayandan hələ evdən çıxmamışam”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Siyavuş Kərimi deyib. Onun sözlərinə görə, karantin dövründə nə kimisə qonaq qəbul ediblər, nə də kiməsə qonaq gediblər:
"Bütün günü evdəyik. Karantin qaydası bunu tələb edir. Biz də qanuna riayət edirik. Qohum-əqrəbalarla ancaq telefonla əlaqə qururuq. Qayınanamla iki aydır görüşmürük. Ancaq telefonla salamlaşıb, hal-əhval tuturuq”.
Siyavuş Kərimi karantin dövründə çox məhsuldar işlədiyini bildirib:
"Yaradıcı adamın hər dəqiqəsi qızıldır. Odur ki, evdə olduğum müddətdə ancaq yaradıcılıqla məşğul oldum”.
Bahar Rüstəmli