Xəbər lenti

Siyavuş Novruzov:
Ekonomiks 12:25 16.02.2024

Siyavuş Novruzov: "Bu adamlara 15 gün küçə süpürtmək lazımdır"

"Şəhərdə artıq 3 yol müəyyənləşib. Belə ki, avtobus, velosipedlər və digər maşınlar üçün yollardır. Bu sıxlıqda onların necə idarə olunması məsələsi problem yaradır. Avtobus yoludursa, mütəmadi boş saxlanılır və digər avtomobillər ora daxil olan kimi cərimələnir. Bunu elə tənzimləmək olar ki, avtobuslar olmayanda digər maşınlar da bu yola daxil olsun. Avtobus gələndə isə həmin yollar boşaldılsın".

Qaynarinfo  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. 

Siyavuş Novrzov bildirib ki, gələcəkdə tramvayların çəkilməsi ilə bağlı məsələ də qoyulub:
 
"Bir az irəli baxmaq laızmdır. Yaponiyada, Çində, Cənubi Koreyada, Birləşmiş Ərəb Əmirləklərində göydə uçan taksilər fəaliyyətə başlayır. İki ildən sonra görəcəyik ki, başqa ölkələrin səmasında həmin taksilər fəaliyyət göstərir. Biz o istiqamətdə düşünməliyik. Yeraltı nəqliyyatın daha çox istifadə olunmasından bəhrələnməliyik".

Deputat qeyd edib ki, ödənişli yollardan su-istifadə edənlər var: 

"Biri avtomobili yüksək sürətlə əksinə sürür. Biri isə 200-lə avtomobili sürüb, fotosunu çəkib sosial şəbəkədə paylaşır. Bunları cərimə ilə yanaşı, 15 gün küçə süpürtmək lazımdır. Heç olmasa, bu insanlar ağıllansın. Az qalıb bu insanları sosial şəbəkədə qəhrəmana çevirsinlər".
 
Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->