Xəbər lenti

Siyavuş Novruzov Zahid Orucun fikrinə etiraz etdi:
Ölkə 12:18 20.10.2023

Siyavuş Novruzov Zahid Orucun fikrinə etiraz etdi: "Bu ziyanlı tendensiyadır"

"Deputat Zahid Oruc 4-cü respublika ifadəsini işlətdi. Bu respublikanın izahatı verilsin görək ki, bu nədir? Bu, çox ziyanlı bir tendesiyadır".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. 

"Azərbaycanın dövlətçilik tarixini götürsək, 1918-1920, 1920-1991 və 1991-ci ildə müstəqilliyi bərpa etdik, bununla 3 oldu. Dördüncü respublika nə vaxt qurulub? Onu görən olubmu harada, nə vaxt və hansı formada quruldu? Odur ki, hörmətli Zahid müəllim deputatları bu məsələ barədə məlumatlandırsın. Bu dövlətimiz üçün vacibdir ki, sonra gedib başqaları bundan tarix düzəltməsin. Tarix birdir, yazan, inkişaf etdirən, ərazini alan da bəllidir. Bizim 4-cü respublikamız hələ olmayıb. Arzu etmirəm ki, olsun. Üçüncü respublikamız davam və inkişaf edir. Ərazilərimizi bərpa edirik və Azərbaycan dünyada öz sözünü deyir"
 
Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->