Xəbər lenti

Siyəzəndə azot gübrəsinin səyyar satışı həyata keçirilib (FOTOLAR)
Ekonomiks14:31 16.03.2019

Siyəzəndə azot gübrəsinin səyyar satışı həyata keçirilib (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fevral ayından etibarən "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılılıb. 
Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır. 
Şəki, Oğuz, Göyçay, Sabirabad, Ismayilli, Astara, Biləsuvar, Saatlı, Kürdəmir, Xaçmaz rayonlarının ardınca növbəti səyyar satış mart ayının 16-da Siyəzən rayonunun Qozağacı kəndində baş tutub. Bu günkü satış zamanı Qozağacı və ətraf 4 kənd 33 vətəndaş müracət etmiş və 21,15 ton ammonium nitrat gübrəsi satılıb.
Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edirlər.