
"Qafqazinfo”ya daxil olan məlumata görə, dərhal əraziyə FHN-in Siyəzən və Şabran DYMH-lərinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın ümumilikdə 150 hektardan çox ərazini əhatə edib. Hal-hazırda da ərazidə yanğın davam edir. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Qeyd edək ki, 2 gündür başlayan yanğın hələ də davam edir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Qaynar.info