İdman 12:23 24.11.2022

"Siz jurnalistlər bizi tənqid etmək üçün burdasınız"

DÇ 2022-də Belçika və Kanada arasında keçirilən görüşdən sonra Belçika millsinin üzvü Miçi Batşuayi jurnalistə maraqlı cavab verib.

Qaynarinfo-nun məlumatına görə oyunsonrası açıqlamalar verən futbolçu  "Qələbəyə baxmayaraq, bu, bəlkə də Belçikanın son illərdəki ən pis performansı idi. Nə deyə bilərsiniz" sualına "Bilirik ki, siz jurnalistlər bizi tənqid etmək üçün burdasınız. Biz ən yaxşıyıq demirik, amma çox yaxşıyıq. Qalib gəlmək vacibdir. Daha yaxşı olmaq üçün təhlillər edəcəyik".

Qarşılaşma Belçika millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qolunu Batşuayi rəqib qapısından keçirib.

Səbuhi Həsənov