Xəbər lenti

Slavyanskda ağır döyüş gedir
Dünya06:32 17.05.2014

Slavyanskda ağır döyüş gedir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məşhur separatçı Babayanın ağır yaralandığı deyilir

Slavyanskda separatçılarla Ukrayna Ordusunun əsgərləri arasında gərgin döyüşlərin getdiyi bildirilir. 

ANS PRESS-in məlumatına görə, şahidlər arda-arda raket zərbələrinin endirildiyi və güclü partlayış səslərinin eşidildiyini deyirlər. Separatçılar hərbçilərin blokpostlarını atəşə tuturlar. 

Yerli sakinlərin verdiyi məlumata görə, xəstəxanalardan birinə məşhur separatçı Babayanı gətiriblər. O, ağır yaralanıb. 

Şəhər ətrafında törədilən partlayışlar o qədər güclüdür ki, şəhərin mərkəzindəki evlərin şüşələri titrəyir.

Qaynar.info