
Karate millimizə slovakiyalı qız idmançı Dorota Baltsiarovanın cəlb olunacağını bildirmişdik. Artıq o, Azərbaycana gəlib.
Qaynarinfo.Az Baltsiarovadan Azərbaycana gəlişi barədə qısa açıqlama alıb:
"Məni Azərbaycan Milli Karate Federasiyasının prezidenti və baş məşqçisi Avstriyanın Lints şəhərində keçirilmiş dünya çempionatında görmüşdü. Mənə Azərbaycan millisində çıxış etmək təklif olundu və mən də razılığımı verdim. Azərbaycanda tək problemim dil məsələsi ola bilər. Çünki orda əksəriyyət ingiliscə ya bilmir, ya da zəif danışır. Qalan hər şey ürəyimcədir. Azərbaycanda ilk çıxışım Bakıda keçiriləcək ölkə çempionatında olacaq".
Qeyd edək ki, Dorota Baltsiarova noyabrın 26-27-də keçiriləcək Azərbaycan çempionatında çıxış edəcək. O, kumite növündə mübarizə aparacaq.
Qaynarinfo.Az