Xəbər lenti

Slovakiyalı psixiatr və psixoloqlar Robert Fitsonun istefasını tələb edir
Dünya 13:15 20.01.2025

Slovakiyalı psixiatr və psixoloqlar Robert Fitsonun istefasını tələb edir

Slovakiyada yüzdən çox psixologiya və psixiatriya mütəxəssisi baş nazir Robert Fitsoya açıq məktubla müraciət edərək onun davranışına diqqət çəkib və istefasını tələb edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Slovakiyanın Aktuality nəşri yazır.

Məktubun müəllifləri iki əsas psixiatriya və psixologiya eksperti – Yozef Qaşto və Anton Heretikdir. Bundan əlavə, məktubu Slovakiyanın hər yerindən ekspertlər imzalayıb.

Müəlliflər bildiriblər ki, Fitsonun davranışı getdikcə "avtoritar güc stili, faktların manipulyasiyası, yalan, böhtan və siyasi rəqiblərə, jurnalistlərə və adi vətəndaşlara hücumlarla" xarakterizə olunur.

"Siz müxalifət liderlərinin ailələrinə hücumdan belə çəkinmirsiniz, bu da (müxalifət lideri Mixal Şimeçekinin) ailəsi ilə bağlı hadisədə olduğu kimi idi", – məktubda qeyd olunub.

Məktubda həmçinin Fitsonun xarici siyasət təşəbbüslərinin Avropa İttifaqı və NATO-nun siyasətinə zidd olduğu, halbuki Slovakiya hələ də bu qurumların üzvüdür deyə, vurğulanıb. Onlar baş nazirin Ukrayna və Ukrayna prezidenti ilə bağlı mənfi mövqeyini, eləcə də Rusiya təcavüzkarı ilə dostcasına münasibətlərini tənqid edirlər.

"Biz sizin özünüzə tənqidi yanaşmaq və siyasi davranışınızı korrektə etmək qabiliyyətinizə ümid edirik, bu da böyük siyasətdən getmək məsələsinə yenidən baxmağı nəzərdə tutur", – deyə məktubda bildirilir.

Oxşar məktub Slovakiya Psixoloqlar Palatası tərəfindən dərc olunub. Onlar ölkədə sosial gərginliyin və mənfi əhval-ruhiyyənin artması ilə bağlı xəbərdarlıq ediblər. Qeyd olunur ki, siyasətçilər arasındakı gərgin münasibətlər vətəndaşlara da təsir edir.

Palata siyasətçiləri "öz məsuliyyətlərini dərk etməyə və zorakılığa təşviq edə biləcək bəyanatlardan çəkinməyə" çağırır. Onlar siyasətçilərin cəmiyyətə nümunə olmasını, hörmət və dözümlülüyü təşviq etmələrini istəyirlər.

Robert Fitso tənqidlərə sosial şəbəkələrdə cavab verib. O, psixiatr və psixoloqları hakimiyyətin uzunmüddətli əleyhdarları adlandırıb və onları öz peşələrindən siyasi məqsədlər üçün istifadə etməkdə günahlandırıb. Fitso onların demokratiyanın əsas prinsipini inkar etdiyini və seçkilərin nəticələrinə hörmət etmədiyini iddia edir.

Bundan bir qədər əvvəl Fitso müxalifəti Vladimir Zelenskiyə qarşı "yaltaqlıqda" günahlandırmışdı.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->