Xəbər lenti

Sloveniyalı nazirlər Azərbaycana gəlib
Ölkə09:36 29.08.2013

Sloveniyalı nazirlər Azərbaycana gəlib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sloveniyanın iqtisadi inkişaf və texnologiyalar naziri Stanko Stepişnik və müdafiə naziri Roman Yakiç Azərbaycanda işgüzar səfərdədir.

APA-nın məlumatına görə, Sloveniya Sahibkarlığın İnkişafı üzrə Dövlət Agentliyinin direktorunun da daxil olduğu nümayəndə heyəti iki günlük səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşəcəklər. Səfərin məqsədi Azərbaycanla Sloveniya arasında iqtisadiyyat, energetika və turizm, müdafiə sahəsində əməkdaşlığı genişləndirməkdir.
 
Sloveniyanın müdafiə naziri Roman Yakiç həmçinin müdafiə sənayesi naziri Yavər Camalov və müdafiə naziri Səfər Əbiyevlə görüşəcək. Görüşlərdə hərbi sahədə islahatlar və müdafiə sənayesinin gücləndirilməsi, iki ölkənin Silahlı Qüvvələrinin beynəlxalq əməliyyat və missiyalarda birgə iştirakı sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılacaq.
 
Stanko Stepişnik iqtisadi inkişaf naziri Şahin Mustafayev və Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşlər keçirəcək. Nazirlərin səfəri sabah başa çatır.
 
Qaynar.info