
Bu gün Rio-2016-da güllə atıcılığı yarışı da başlayıb.
Qaynarinfo.Az xəbər verir ki, Olimpiadanın ikinci günündə qadın və kişi snayperlər 10 m məsafədən hədəfi nişan alıblar.
Zəriflərin yarışında mübarizə aparmadığımızdan, start xəttinə bu növdə yeganə həmyerlimiz Ruslan Lunyov çıxıb. Pnevmatik tapançadan dəqiqliyini yoxlayan idmançımız üçün təsnifat mərhələsi uğursuzluqla başa çatıb. Belə ki, ümumilikdə 577 xal toplayan təmsilçimiz sıralamada XV olub.
Növbəti mərhələyə isə ilk 8 yerin sahibləri yüksəliblər.
Qeyd edək ki, Ruslan Lunyov avqustun 12-də 25 m məsafəyə atəşaçma yarışında da iştirak edəcək.
Qaynarinfo.Az