
"Qalatasaray"ın futbolçusu Uelsli Sneyder İstanbul klubundan ayrıla bilər.
Qol.Az-ın məlumatına görə, bir çox Britaniya qəzetləri iddia edir ki, hollandiyalı yarımmüdafiəçi "Mançester Yunayted"ə transfer olunmağa çox yaxındır.
Bunun üçün "qırmızı şeytanlar" "Qalatasaray"a 6 milyon funt-sterlinq dəyərində təklif göndərməyə hazırlaşır. Futbolu Premyer Liqada buraxmaq istədiyini çox zaman dilə gətirən Sneyderin "MY"a getməyə razılıq verəcəyi bildirilir.
Xəbərdə həmçinin bu transferin sentyabrın 2-ə qədər baş tutacağı qeyd olunub.
Qaynar.info