Xəbər lenti

SOCAR 350 məscid və dini məbədə pulsuz qaz verir
Ekonomiks09:38 11.03.2016

SOCAR 350 məscid və dini məbədə pulsuz qaz verir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən ay 350 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb. 
Bu barədə virtualaz.org saytına Dövlət Neft Şirkətindən məlumat verilib.
Xəbərdə deyilir ki, fevralda təbii qazla təmin olunmuş abonentlərin sayı 1 milyon 869 min 274-ə çatıb.
“Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 18 min 504 yeni abonent qeydiyyata alınıb. Məlumata görə, əhali sektoru üzrə 128 min 408 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub.
Qaynar.info