Xəbər lenti

SOCAR büdcə ödənişlərini 16 faiz artırıb
Ekonomiks07:41 11.09.2017

SOCAR büdcə ödənişlərini 16 faiz artırıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən bu ilin avqust ayında dövlət büdcəsinə 133,782 mln. manat vəsait ödənilib.

"Qaynarinfo"nun SOCAR-a istinadən verdiyi xəbər görə, bu göstərici 2016-cı ilin avqust ayı ilə müqayisədə 17,321 mln. manat və ya 14,9% çoxdur.

Ümumiyyətlə, cari ilin yanvar-avqust aylarında büdcəyə 1 048,348 mln. manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 142,946 mln. manat və ya 15,8% çoxdur.

Bundan əlavə, 2017-ci ilin avqust ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12,575 mln. manat vəsait köçürülüb. Cari ilin yanvar-avqust aylarında isə SOCAR tərəfindən DSMF-yə ödəniş 99,826 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 5,479 mln. manat və ya 5,8% çoxdur.

Qaynarinfo.Az