Xəbər lenti

SOCAR büdcəyə 123 milyon manat keçirdi
Ölkə12:48 08.07.2015

SOCAR büdcəyə 123 milyon manat keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti dövlət büdcəsinə ödədiyi vəsaitin həcmini açıqlayıb. Qaynar.info qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, SOCAR tərəfindən 2015-ci ilin iyun ayında dövlət büdcəsinə 123 milyon 688 min manat vəsait ödənilib.
Bu ilin yanvar-iyun aylarında isə büdcəyə 728 milyon 730 min manat vəsait ödənilib. Bundan əlavə, bu ilin iyun ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 942 min manat vəsait köçürüb. Bu göstərici 2014-cü ilin iyun ayı ilə müqayisədə 143 min manat və ya 101,2 faiz çox olub. 
Ümumiyyətlə, 2015-ci ilin yanvar-iyun aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 69 milyon 784 min manat təşkil edib.  
Qaynar.info