Xəbər lenti

SOCAR-dan TAP kəməri ilə bağlı açıqlama
Ölkə15:59 08.10.2020

SOCAR-dan TAP kəməri ilə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanla Azərbaycan arasında silahlı münaqişənin eskalasiyası və Ermənistan qoşunlarının oktyabrın 6-da Azərbaycanın boru kəmərləri infrastrukturuna zərbə endirmək cəhdi Trans-Adriatik boru kəmərinin (TAP) istifadəyə verilməsi cədvəlinə təsir göstərməyib.
Qaynarinfo-nun məlumatına görə, bunu SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.
O bildirib ki, bütün mümkün ssenarilər nəzərdən keçirilib və yeni hücum halında ziyanın qarşısını almaq və ya azaltmaq üçün bütün zəruri tədbirlər görülüb:
"Hələlik, TAP-ın istismara verilməsi, planlaşdırılan ixrac həcmi ilə bağlı hər hansı bir dəyişiklik yoxdur”.