Xəbər lenti

SOCAR-ın işçisi bədbəxt hadisə nəticəsində öldü
Ölkə17:09 21.06.2016

SOCAR-ın işçisi bədbəxt hadisə nəticəsində öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kompleks Qazma İşləri Trestinin "Anbar təsərrüfatı" bölümündə baş vermiş hadisənin səbəbləri araşdırılır.
Qaynarinfo.az SOCAR-ın saytına istinadən məlumat verir ki, iyunun 20-də Kompleks Qazma İşləri Trestinin 1 saylı Anbar təsərrüfatı ərazisində avtokran vasitəsi ilə boruların yerdəyişməsi zamanı texniki kəmər açılıb, dağılan borulardan biri takelajçı, 1956-cı il təvəllüdlü Şahacanov Vladimir Fərhad oğlunun kürəyinə düşərək ona xəsarət yetirib.
Dərhal hadisə yerinə çağrılmış təcili yardım maşını ilə o, Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb, həkimlərin səyinə baxmayaraq Vladimir Şahacanovun həyatını xilas etmək mümkün olmayıb.
Baş vermiş hadisə ilə bağlı müvafiq komissiya yaradılıb. Komissiyanın yekun rəyi ictimaiyyətə açıqlanacaq.
Qaynarinfo.az