SOCAR-ın Tbilisidikə yanacaqdoldurma məntəqəsində (YDM) edilmiş hücum nəticəsində iki nəfər yaralanıb. Trend-in Gürcüstan KİV-ə istinadən verdiyi məlumata əsasən, insident bazar ertəsi gecə saatlarında Quramişvili küçəsində baş verib.
Şahidlərin sözlərinə görə, bir neçə nəfər YDM-ə hücum edərək meneceri və məntəqənin operatorunu ayaqdan yaralayıb. Xəsarət alanlar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya yerləşdirilib.
Şahidlər bildiriblər ki, onlar xeyli qan itiriblər: "Onların vəziyyəti nə qədər ağır olduğunu deyə bilmərik".
Gürcüstan Daxili İşlər Nazirliyi yanacaqdoldurma məntəsində baş vermiş cinayətin üstünü açıb. Artıq bədən xəsarətləri yetirmək ittihamı üzrə keçmişdə məhkum olmuş Zurab U. saxlanılıb.
1993-cü il təvəllüdlü Zurab U. operativ istintaq tədbirləri nəticəsində saxlanılıb.
Məlumata görə, istintaqla müəyyən edilib ki, saxlanılan şəxs bu il martın 23-də SOCAR-ın Quramişvili prospektində yerləşən YDM-də söz atışması zamanı soyuq silahla 1991-ci il təvəllüdlü operator Zurab A. və 19983-cü il təvəllüdlü Cəfər A.-nı ayağından yaralayaraq hadisə yerindən qaçıb.
Xəsarət alanalar xəstəxanya yerləşdiriliblər. Polis Zurab U.-nu hadisədən bir neçə dəqiqə sonra saxlayıblar. Cinayət aləti olan bçaq da ələ keçirilib.
Qaynar.info