Xəbər lenti

SOCAR-ın reklamları erməni televiziyalarında
Ölkə08:25 20.12.2013

SOCAR-ın reklamları erməni televiziyalarında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“SOCAR-ın reklam şitləri 2016-cı il Avropa Çempionatının seçim turu mərhələsində Ermənistan stadionlarında yerləşdirilməyəcək”.

“Axar.az” məlumat verir ki, bu açıqlama ilə Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan çıxış edib.

Prezident bununla bağlı UEFA ilə danışıqlar aparıldığını və razılıq əldə edildiyini bildirib: “Bizim apardığımız danışıqlardan sonra UEFA yalnız Ermənistanda keçirilən oyunlar zamanı bu şitlərin yerləşdirilməməsinə icazə verdi. Lakin bunun televiziyada yayımlanan reklamlara heç bir aidiyyəti yoxdur”.

Qeyd edək ki, SOCAR “Avro-2016”nın əsas sponsorlarından biridir. UEFA ilə imzalanmış müqaviləyə əsasən şirkətin reklamları stadionlarda və televiziyalarda mütləq şəkildə yayımlanmalıdır.

Qaynar.info