Xəbər lenti

SOCAR payızda yeni strateji inkişaf planını təsdiqləyə bilər
Ekonomiks12:10 28.07.2020

SOCAR payızda yeni strateji inkişaf planını təsdiqləyə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2035-ci ilə qədər dövrü əhatə edəcək yeni strateji inkişaf planının hazırlanması bu ilin payız mövsümünə qədər tamamlana bilər.
"Report”un məlumatına görə, bunu SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov İnsan Resurslarının İdarə edilməsinə dair QHT-lərin də iştirakı ilə keçirilən onlayn görüşü zamanı bildirib.
Onun sözlərinə görə,  yeni strateji inkişaf planının hazırlanmasını "McKinsey" şirkəti həyata keçirir: "Sənədin hazırlanması yekunlaşdırılma mərhələsindədir. Yəqin ki, sentyabra qədər tamamlanacaq”
O bildirib ki, neft-qaz sahəsində yer alan dəyişikliklər və zamanın yeni tələbləri enerji şirkətlərinin qabağında yeni məqsədlər qoyur: "SOCAR da yeni inkişaf strategiyası çərçivəsində kimya, kəşfiyyat, hasilat və rəqəmsal texnologiyalar və süni intellekt sahələrində işləmələrini daha da dərinləşdirəcək və inkişaf etdirəcək”.