“SOCAR 2017-ci ilə Bakını qazdoldurma məntəqələri ilə əhatə edəcək”. Axar.az xəbər verir ki, bu haqda SOCAR-ın prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ilk belə məntəqə “Baku Bus” şirkətinin avtobus deposu ərazisində tikilib: “Hazırda SOCAR Zabrat qəsəbəsi ərazisində ikinci yanacaqdoldurma məntəqəsini tikir. Planlarımıza 1,5 il ərzində bütün Bakını yanacaqdoldurma məntəqələri ilə əhatə etmək daxildir. Gələcəkdə ölkənin iri şəhərlərarası magistral yollarının hər 180 kilometrində yanacaqdoldurma məntəqələri tikəcəyik”.
O həmçinin qeyd edib ki, şirkət perspektivdə yerli pərakəndə satış bazarının 30-35%-ni əldə edə bilər.
Qeyd edək ki, SOCAR brendi altında yanacaqdoldurma məntəqələrinin inşasını Azərbaycanda “SOCAR Petroleum” və “Məişət Maye Qaz” QSC aparır.
Qaynar.info