
Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Peres Moreno Qomes Faustino ilə yollar ayrılıb.
Qaynarinfo.az xəbər verir ki, o, ölkəmizdə çalışmaqdan məmnun olduğunu bildirməklə, ailə vəziyyəti ilə əlaqədar AFFA rəhbərliyindən müqavilənin qarşılıqlı razılıq əsasında yenilənməməsini xahiş edib.
AFFA rəhbərliyi isə öz növbəsində Tino Peres kimi tanınan məşqçiyə gördüyü işlərə və yığmamıza qazandırdığı uğurlara görə təşəkkür edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Qeyd edək ki, onun ayrılması ailə vəziyyəti ilə əlaqələndirilsə də, bu az inandırıcı gəlir. Çünki Tino Peres tarixində ilk dəfə millimizlə ilk dəfə dünya çempionatında çıxış edəcəkdi. Xatırladaq ki, ispan məşqçi 2014-cü ilin oktyabrında "Araz" klubuna baş məşqçi kimi gətirilmiş və eyni zamanda yığmaya da başçılıq etmişdi. Bu o deməkdir ki, futzal üzrə ölkə çempionatının lideri olan "Araz" da başsız qalıb.
Qaynarinfo.az