Məşhur ermənipərəst rus aparıcı Vladimir Solovyov təsadüfi erməni qadının kamerasından ermənilərə müraciət edib.
"Bütün erməni qardaşlarıma çoxlu salamlar, hörmətlər. İndi çətin dövrdür, mənəvi cəhətdən çətindir. Möhkəm dayanın. Həyatda olur belə şeylər. Ancaq Günəş həmişə yenidən doğur. Ararat həmişə ürəkdədir", - Solovyov deyib.
Qeyd edək ki, Solovyov həm Qarabağdakı döyüş əməliyyatlarından əvvəl, həm də sonra tez-tez münaqişə mövzusuna və bütövlükdə Cənubi Qafqazdakı vəziyyətə toxunub, davamlı olaraq Azərbaycana qarşı nifrət yayıb.
Qeyd edək ki, şəbəkədə görünən video Soçidə hazırlanıb.
Alpər