Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı sona yaxınlaşır.
Qaynarinfo xəbər verir ki, altıncı yarış günündə daha 4 yunan-Roma güləşçimiz mübarizəyə qoşulacaq. 1/8 final mərhələsindən başlayacaq Nihat Məmmədli (60 kq) hindistanlı Vikas Vikasla, Xasay Həsənli (72 kq) İsveçrə təmsilçisi Mixael Portmanla, Murad Əhmədiyev (82 kq) isə gürcü Saba Mamaladze ilə güləşəcək.
67 kq çəki dərəcəsində yarışan Həsrət Cəfərov isə turnirə təsnifat mərhələsindən qoşulacaq. Güləşçimiz finlandiyadan olan Nestori Mannilanı mübarizədən kənarlaşdırmağa çalışacaq.
Səbuhi Həsənov