Xəbər lenti

Son 6000 ilin ən məşhur 10 insanı - FOTOLAR
Sənət10:18 21.03.2016

Son 6000 ilin ən məşhur 10 insanı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Massachusetts Texnologiya Institutu eramızdan əvvəl 4000-ci ildən başlayaraq eramızın 2010-cu ilinə qədər olan tarixi məlumatlarını toplayıb, maraqlı bir təhlil etmişdir. 
Bu təhlil son 6000 il ən çox müzakirələrə səbəb olan insanlarının kimliyini müəyyən etməyə kömək edir. Bura Vikipediada olan məlumatlar da təsir edib. Haqqındakı məlumatların 25-dən artıq dilə tərcümə edildiyi bu tarixi şəxsiyyətlər son 6 eranın ən məşhurları olaraq seçilib. Sizə həmin insanları təqdim edirik:
Aristotel
Qədim yunan filosofu Aristotel fəlsəfə, məntiq, psixologiya, fizika, biologiya, tarix, etika, estetika və siyasət kimi fundamental məsələləri də tədqiq etmişdir. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.Makedoniyalı İsgəndərin tərbiyəçisi və Afinada Likey fəlsəfə məktəbinin təsisçisi olub.
Platon
Pifaqor qədim yunan idealist filosofu, Sokratın tələbəsi, Aristotelin müəllimidir. 30-dan artıq fəlsəfi dialoqun müəllifi (“Sofist”,”Parmenid”,”Teetet”,”Dövlət” və b.) Platon aləmə idealist baxışı müdafiə etməklə dövrünün materialist təliminə qarşı mübarizə aparmışdır. Sokratın, Pifaqorçuların, Parmenidin və Heraklitin təlimlərindən geniş istifadə etmişdir. Varlığın izahı üçün şeylərin qeyri-cismani formalarının mövcudluğu haqqında nəzəriyyəni inkişaf etdirmişdir; bu qeyri-cismani formaları Platon “görünüşlər” və ya “ideyalar” adlandırmış və onları varlıqla eyniləşdirmişdir.
İsa Məsih
İsa Məsihi xristianlıqda Allahın bədənli mücəssəməsi hesab edirlər. Həmçinin Məsih, Nazaretli, İnsan Oğlu, Xilaskar və s. adlanır.
Sokrat
Qədim yunan filosofu olan Sokrat, həm də Platonun müəllimidir. Gənclər arasında apardığı təbliğat əməllərinə görə zəhər içirdilərək edam etdirilmişdir. Sokrat hələ sağlığında Aristofanın komediyalarının personajına çevrilmişdi. Təbii ki, komik planda. Ölümündən sonra isə Platon və Ksenofont onun haqqında tərifli əsərlər yazdılar. Sokratın əsas şöhrəti Delfi məbədinin kahini onu insanların ən müdriki adlandırandan sonra başladı. Sokrat özü haqqında “Onu bilirəm ki, heç nə bilmirəm” deyirdi. Delfi kahini bu elanı verəndən sonra Sokrat deyirdi: “Məni müdrik edən heç nə bilmədiyimi dərk etməyimdi. Başqaları bunu da bilmir”.
Makedoniyalı İsgəndər
Makedoniyalı İsgəndər Qədim Yunanıstanın Makedoniya çarlığının hökmdarı (Basilevs) və Argeadlar sülaləsinin nümayəndəsidir. Eramızdan əvvəl 356-cı ildə Pellada doğulan İsgəndər atası Makedoniyalı II Filipdən ölümündən sonra 20 yaşında taxta çıxmışdır. O, 30 yaşına qədər qədim dünyanın ən böyük imperiyalarından birini (YunanıstandanMisirə və Şimal-qərbi Hindistana qədər) yaradana qədər hakimiyyətinin çox hissəsini Asiya və Şimal-şərqi Afrika boyunca hərbi kampaniyalarda keçirib. O, döyüşdə məğlub edilməz idi və tarixdəki ən müvəffəqiyyətli hərbi komandanlardan biri hesab edilir.
Leonardo da Vinci
Leonardo di ser Pyero da Vinçi  Avropa İntibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçıdır. İtaliya İntibahının rəmzi sayılan “Universal İnsan”tipinin ən parlaq nümayəndəsi. İkinci minilliyin adamı seçilmişdir.
Konfutsi
Konfutsi qədim dövr Çin filosofu və mütəfəkkiridir.Çin fəlsəfi sisteminə onun qədər təsir göstərmiş başqa filosof tapmaq çətindir. Bu təsir o qədər güclü olmuşdur ki,Konfutsianizm adlı yeni bir dinin yaranmasına səbəb olmuşdur. Sonradan ona “Yüz min nəslin atası” kimi görkəmli bir adın verilməsi də bunu göstərir. Konfutsinin siyasi və etik görüşləri şagirdləri tərəfindən tərtib edilmiş “Lun yuy” (“Söhbətlər və mülahizələr”) kitabında ifadə edilmişdir. Konfutsiçilik e.ə. II əsrdə Çində rəsmi ideologiya kimi qəbul olunmuş, dövlət dini rolunu oynamış, çinlilərin dünyagörüşünə və həyat tərzinə əsaslı təsir göstərmiş və indi də göstərməkdədir.
Yuli Sezar
Qədim Roma imperiyasında siyasi xadim, sərkərdə, yazıçı olan Yuli Sezar Makedoniyalı İsgəndərdən sonra dünyanın ikinci zəka və hərb möcüzəsi sayılır. Təkcə qılıncı və qələbələrinə görə yox, ağlına, idrakına görə də onun tayı-bərabəri olmayıb. Təsadüfi deyildir ki, bütün səfər və yürüşlərində onun ayrılmaz “yoldaşlarından” biri də İsgəndərin kiçik mərmər büstü imiş.
Homer
Homer əfsənəvi qədim yunan şairidir. Haqqında məlumat çox azdır. E.ə. 12-7 əsrlərdə yaşadığı ehtimal edilir. Antik mənbələrdə gəzərgi kor müğənni Homerin real obrazı fantastik uydurmalarla çulğaşır ki, bu da onun haqqında dürüst məlumatın olmadığını göstərir. Homerin vətəni olmaq şərəfi uğrunda 7 şəhər (Smirna, Rodos, Xios, Kolofon, Salamin, Arqos, Afina) mübahisə aparmışlar. Antik dövrdə Homer adı bəzən ümumiləşdirilmiş şəkildə rapsodların ifa etdikləri epik nəğmələrin müəllifi mənasında da işlədilmişdir. Sonralar “İliada” və “Odisseya” epik poemalarının, habelə “Homer himnləri”nin və “Margit” komik poemasının müəllifliyi ona isnad edilmişdir. “İliada” və “Odisseya” Qədim Yunanıstanın sosial münasibətlərini, mənəvi mədəniyyətini öyrənmək baxımından müstəsna əhəmiyyətə malikdir. Homerin şəxsiyyəti və yaradıcılığı ilə bağlı problemlərlə əlaqədar geniş yayılmış və indiyədək həll olunmamış mübahisələr ədəbiyyatşünaslıqda “Homer məsələsi” adı almışdır.
Pifaqor
Qədim yunan filosofu və riyaziyyatçısı, dini fəlsəfi məktəbin – Pifaqorizmin banisidir. Pifaqor şöhrət və özünü təsdiq barədə, pul və gəlir barədə düşünmür, bütün ömrünü təbiətin və düşüncənin mahiyyətini öyrənməyə həsr edir. Kainatı kosmos adlandıran ilk şəxs də Pifaqor olub. O deyirdi ki, kainat kürə şəklindədir, on sferadan ibarətdir. Mərkəzdə Yerdən görünməyən od durur. Yer də daxil bütün kainat onun ətrafında fırlanır. Deyirdi ki, her şeyin mənbəyində rəqəmlər durur.(pahoo.az)
Qaynar.info