Sağlamlıq 16:37 30.08.2022

Son sutkada 568 nəfər koronavirusa yoluxdu

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 568 yeni yoluxma faktı qeydə alınıb, 612 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 812 816 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 799 479 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 532 aktiv xəstə var. Bu günə qədər 9 805 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 028, bu günə qədər isə ümumilikdə 7 151 214 test icra olunub.

Azərbaycanda son sutkada 1 677 nəfər vaksinasiya olunub.

Gün ərzində birinci doza vaksinlərin sayı 320, ikinci doza vaksinlərin sayı 312 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 890-dır. Pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı 155 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 858 788 olub.