Xəbər lenti

Ölkə 17:38 17.09.2022

Son sutkanın yoluxma statistikası

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 214 yeni yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada COVID-19-dan 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 819 338 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 807 698 nəfər müalicə olunaraq sağalıb, 9 884 nəfər vəfat edib, aktiv xəstə sayı 1 756 nəfərdir.

Ölkədə son sutka ərzində 3 311, hazırkı dövrədək isə 7 213 045 test aparılıb.

Ötən sutkada koronavirus əleyhinə 1 081 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 320, ikinci mərhələ üzrə vaksinasiya olunanların say166, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 511, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 84 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 880 506, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 379 218 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 865 880, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 374 423, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 260 985 nəfər təşkil edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->