
“Media forum” saytına danışan vəkil Nemət Kərimli bildirib ki, iki vəkil müdafiə çıxışı edib: “Elçin Sadıqov, Xalid Bağırov son müdafiə çıxışlarında cinayət işinin və ittiham tərəfinin arqumentlərinin tam əsassız olduğunu vurğuladılar. Proses mayın 1-də “Nida” üzvlərinin son söz deməsi ilə davam edəcək”.
Ötən ilin mart-aprel aylarında tutulan “Nida”çıları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində günahlandırıb. İstintaqın iddiasına görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar.
Prokuror gənc fəallardan Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il 6 ay, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Rəşad Həsənova 8 il, Üzeyir Məmmədliyə 7 il 6 ay, Şahin Novruzluya 6 il 6 ay həbs cəzası verilməsini istəyib.
Qaynar.info