Malayziyadakı son dişi sumatran kərgədanı da ölüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Malayziyanın turizm, mədəniyyət və ətraf mühit naziri Daruk Kristin Leu məlumat yayıb. 2014-cü ildə tapılan və İman adı verilən sumatran kərgədanı xərçəng səbəbindən ölüb. Mütəxəssislər onun yumurtalarının axlanmasının mümkün olacağına ümid edirlər. Malayziyanın son erkək sumatran kərgədanı isə bu ilin mayında ölmüşdü. Onun da geni müvafiq texnologiyaların ortaya çıxdığı zaman növün yenidən bərpa edilməsini təmin etmək ümidilə saxlanılır.
Sumatran kərgədanı bütün kərgədan növlərinin ən kiçiyi və nadiridir. Bu heyvanların buynuzu və digər hissələri xalq təbabətində geniş istifadə olunurdu ki, bu da onların tamamilə yox olma riskinə səbəb oldu.
Camal