Xəbər lenti

Sosial həyat aktivləşməli, karantin davranışları sərtləşdirilməlidir - Baxış
Ölkə14:26 21.08.2020

Sosial həyat aktivləşməli, karantin davranışları sərtləşdirilməlidir - Baxış

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Biz digər qapıdılmış yerləri açsaq, bu yerlərdə də hamı ailə kimi olacaq. Ona görə də təmas sayını azaldıb, yoluxmaların qarşısını almaq üçün bu qapadılmalara gedilib”.
Bunu Qaynarinfo-ya açıqlamasında həkim Vasif İsmayıl deyib. Həkimin sözlərinə görə, təsadüfi ünsiyyətdə olan insanlar deyil, ailə üzvləri arasında koronavirusa daha tez yoluxma halı ona görə baş verir ki, bu insanlar daha çox ünsiyyətdə olur, sosial məsafəni qorumurlar:
"Sosial məsafəni qorumayan insanlar arasında bu xəstəliyə yoluxma daha çox baş verir”. 
"Sosial məsafənin qorunmaması ictimai nəqliyyatda da baş verir, bu halda təsadüfi insanlar arasında yoluxma halı necə az ola bilər” sualını cavablandıran həkim bildirib ki, bəli, bu, böyük problemdir. Bu problem haqqında işi bilən insanlar aylarla danışsa da, həll edildiyini görmürük.
Məsələyə başqa bir yöndən yanaşan professor Adil Qeybulla isə bildirib ki,  biz həkimlər bu mövzuda 20 müddədan ibarət təkliflər paketi yazaraq Operativ Qərərgaha göndərdik. Biz orda göstərmişdik ki, qapalı karantin tam ləğv olunmalıdır, sosial həyat aktivləşməli, ancaq karantin davranışları sərtləşdirilməlidir:
"Əgər bir neçə ildən sonra postpandemik dövrdən sonrakı məsələ araşdırılsa, belə qənaətə gələcəklər ki, bu illeqal karantin tam mənasız imiş. Elə əsas karantin davranışları bu pandemiyanın içində yaşamağı bacarmaqdır”.
Adil Qeybulla hesab edir ki, toylar da, yaslar da davam etməli, sosial həyat tam fəaliyyət göstərməlidir. Amma bunlarla bağlı dəqiq təlimatlar olmalıdır. 
"Yəni qapalı mühitdə maska taxıb, dizinfeksiya edici məhlullardan istifadə etməli, bir-biri ilə fiziki məsafəni gözləməliyik. Niyə dünya illeqal karantin etmədi, həyat davam etdi, amma karantin davranışları ilə uğura nail oldu. Bəs niyə bizim ölkəmizdə buna əməl etməklə yaşamağı öyrənməyək?”
Xatırladaq ki. dünən mətbuata açıqlamasında  həkim-infeksionist Fərrux Sədirov birdirib ki, ölkəmizdə yoluxmaların əksəriyyəti ailədaxili, kiçik toplumlarda olan yoluxmalardır:
"Bir-birini tanımayan, təsadüf nəticəsində bir araya gələnlər arasında virusa çox yoluxma olmur. Virus hər yerdə var. Maska istifadəsi iki tərəfli olduğu zaman, yəni qarşı tərəfdəki insan da maska taxdıqda yoluxma ehtimalı həqiqətən də azalır. Amma maskasız olmaq həm özümüzü, həm də ətrafı xəstəliyə yoluxdurur”
Günay İlqarqızı