
Həyatı boyunca bədənindəki ləkələr və izlərə görə tənqidlərə məruz qalan 26 yaşlı Yulianna Yussef maraqlı addım atıb.
"Qaynarinfo.Az"xəbər verir ki, gənc qadın görünüşündən xoşbəxt olduğunu və kənardakıların fikrinin ona maraqlı olmadığını deyib.
Qıçları və qolları ləkələrlə ilə örtülü olan ukraynalı qadın "İnstagram" hesabında çəkinmədən şəkillərini paylaşmağa başlayıb.
Qısa zamanda Yussef 17 mindən çox izləyici toplayıb.






