Xəbər lenti

Şotlandiya evsiz alkoqoliklərin cənnətinə çevrildi
Dünya08:37 09.02.2020

Şotlandiya evsiz alkoqoliklərin cənnətinə çevrildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şotlandiyanın paytaxtı Qlazqo şəhərində evsiz alkoqoliklərin "müalicə”si üçün orijinal proqram həyata keçirilməyə başlayıb. 
Qaynarinfo BBC News-a istinadla xəbər verir ki, evsiz insanlar həkimlərin nəzarəti altında onlara normal dozada süzüləcək pulsuz alkoqolun köməyi ilə "müalicə” olunacaqlar.
Layihə hüquq müdafiəçisi Karen Makklaski tərəfindən Kanadada 1996-cı ildən bəri mövcud olan "Managed Alcohol Project” yardım proqramı əsasında icra olunmağa başlanıb. 
Proqramın ilk iştirakçıları asılılıqları ucbatından dəfələrlə cinayət törətmiş alkoqoliklər olacaq.
Yerli hakimiyyət orqanları "müalicəvi" spirtin büdcəyə bu cür cinayətlərin nəticələrindən daha ucuza başa gələcəyinə əsaslanırlar.