Şotlandiyanın paytaxtı Edinburqda 100 minlərlə insan müstəqillik nümayişi keçirib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, əllərində şotland bayrağı tutan insanlar "Nə istəyirik? Müstəqillik! Nə vaxt? İndi!" şüarları ilə Böyük Britaniyadan ayrılmaq üçün referendumun yenidən keçirilməsini tələb edib.
Qeyd edək ki, Şotlandiya Avropa İttifaqından ayrılmağa hazırlaşan Böyük Britaniyanın qərarına etiraz edir. Ölkə əhalisinin bir qismi Britaniyanı tərk edərək Aİ-də qalmağın tərəfdarıdır.
Gülşən