
Şou-biznes nümayəndələri gah küsüb, gah barışmaları ilə tez-tez gündəmə gəlir. Bəzən bir-birinə atmacalar atır, bəzən isə saysız-hesabsız təriflər yağdırırlar.
Qaynarinfo.az bir zamanlar aralarında çox qısa müddətlik soyuqluq yaşanan Nadir Qafarzadə və Mətanət Əsədova bir-birini tərifləməkdən yorulmadı.Mətanət bütün nəslinin Nadirin xətrini çox istədiyini dedi:
“Nadir qızıl insandır, onu bütün nəslim sevir. Bu insanın bir qram içində pislik, kin, nifrət yoxdur. Bacardıqca hər kəsə yaxşılıq edir. Heç vaxt onu fanaqrama oxuyan görməzsiniz. Bacardıqca hər kəsə yaxşılıq edir. Məncə bəziləri ona baxıb nümunə götürməlidir.İnşallah bu yaxınlarda birgə işimiz də olacaq.”
Onların bu qədər səmimi olması isə şou sahəsində yeni qruplaşmanın yaranacağını göstərir.
Qaynarinfo.az