Xəbər lenti

Soydaşımız Qırğızıstanda prezidentliyə namizəd oldu (FOTO)
Dünya19:32 15.07.2017

Soydaşımız Qırğızıstanda prezidentliyə namizəd oldu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Soydaşımız Qırğızıstan Respublikasının Prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.

Bu barədə Moderator.az -a məlumatı namizədin özü – Nüsrət Məmmədov verib.

Qırğızıstan Respublikasının Mərkəzi Seçki Komissiyası Prezidentlik vəzifəsinə Qırğızıstan vətəndaşı Nüsrət Musa oğlu Məmmədovun namizədliyini qəbul edib.

N. Məmmədov 1957-ci ildə doğulub və Qırğızıstan vətəndaşıdır. N.Məmmədov Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fonduna rəhbərlik edir.

Soydaşımıza uğurlar arzulayırıq.

Qaynarinfo.Az