Xəbər lenti

Soydaşlarımız Ağ Evin qarşısında aksiya keçirib
Ölkə16:00 22.02.2016

Soydaşlarımız Ağ Evin qarşısında aksiya keçirib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yaşayan azərbaycanlıların yaratdığı Vaşinqton Azərbaycan Komitəsi 21 fevralda Ağ Evin qarşısında Dünya Ana Dili Günü münasibətilə aksiya keçirib. 

Komitənin təmsilçisi Zaur Bayramlı bildirib ki, Vaşinqtonda yaşayan soydaşlarımızın qatıldğı aksiyada İran rejimi tərəfindən  İİR-də yaşayan 40 milyon türkün ana dilindən istifadə hüquqlarının məhdudlaşdıırlması pislənilib, “Ana dilində təhsil istəyirik", “Siyasi məhbuslara azadlıq” şüarları səsləndirilib. Havanın yağışlı olmasına baxmayaraq, aksiya 1 saatdan cox davam edib və ətrafda xeyli insanın toplaşmasına səbəb olub.

Qaynar.info