Xəbər lenti

Soyuq havada xəstəliklərə necə qalib gələk? - Açıqlama
Ölkə12:46 21.11.2016

Soyuq havada xəstəliklərə necə qalib gələk? - Açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah hava şəraiti kəskin pisləşəcək. Bəzi yerlərdə sulu qar və qar yağacağı ehtimalı var.

Havanın temperaturu gecə 0-2° isti, gündüz 2-5° isti, Bakıda gecə 0-2° isti, gündüz 2-4° isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 22-si gündüzdən 23-ü gündüzədək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda havanın temperaturunun iqlim normasından aşağı olacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Havaların kəskin soyuması yoluxucu xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Bunu bəzən düzgün geyinməməklə, bəzən də insanların immunitetinin zəif olması ilə əlaqələndirirlər. Bəs, belə havada nələrə diqqət yetirməliyik?

Pediatr Gülnar Abdullayeva Qaynarinfo.Az-a açıqlamasında aşağıdakı tövsiyyələri verdi:

"Havakəskin soyuyanda insanlar daha çox sıx toplaşılan yerlərdə olurlar. Bu dainfeksiyanın sürətlə yayılmasına səbəb olur. Belə hava şəraitində çox qalın vəçox nazik geyinmək olmaz. Mütləq geyiminizə fikir verəcəksiniz. Xüsusən də,hamilə xanımlar, azyaşlılar və yaşlı insanlar bu cür havada diqqətliolmalıdırlar. Xəstəlik zamanı vitaminli qidalara üstünlük vermək vacibdir.Xüsusən də, tərkibində bol C vitamini olan və immun sistemini gücləndirənqidalardan istifadə etməklə orqanizmi qrip kimi xəstəliklərdən nisbətən qorumaqmümkündür". 

Pediatrın sözlərinə görə, daha çox maye qəbul etmək sağlamlıq üçün yaxşıdır:"Orqanizmin müqavimətiniartıran qidalardan istifadə etmək xəstəliyin qarşısını almaq üçün ilk atılanaddımdır. Bitki çaylarından istifadə etmək daha yaxşıdır. Xəstələnməmək üçünsağlam qalmaq lazımdır. Odur ki, sadaladığımız şərtləri yerinə yetirək ki, xəstəliyinqarşısını ala bilək".  

Pərvin Zeynal

Qaynarinfo.Az