Xəbər lenti

“Space”nin qalmaqallı proqramı bağlandı
Ölkə11:40 02.07.2015

“Space”nin qalmaqallı proqramı bağlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

3 gün öncə qalmaqal baş vermiş "Space” televiziyasının “Günaydın” proqramının bağlanması barədə qərar qəbul edilib.

Bunu Trend-ə “Space” televiziyasının icraçı direktoru Kamil Şahverdiyev deyib. 

İyunun 30-da “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində baş verənlərlə bağlı kanalın rəhbərliyi ictimaiyyətdən və Milli Televiziya və Radio Şurasından (MTRŞ) üzr istəyib. 

K.Şahverdiyevin sözlərinə görə, baş verən qalmaqallı hadisə ilə bağlı tədbir görüləcək: “Televiziyada baş verən hadisə ilə bağlı müzakirələr aparılıb və konkret tədbirlər görülməsi barədə qərar qəbul edilib. Belə ki, iyulun 17-dən etibarən “Günaydın” proqramının verilişi dayandırılacaq və proqram bağlanacaq”.

Qeyd edək ki, iyunun 30-da “Space” televiziyasında efirə yayımlanan “Günaydın” verilişində yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib. Verilişdə qonaqlar bir-birinin ünvanına söyüşlər səsləndiriblər.

Qaynar.info