Xəbər lenti

Spiker millət vəkilinə ana söyüşü söydü
Dünya11:18 03.12.2013

Spiker millət vəkilinə ana söyüşü söydü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Radanın spikeri deputatlardan birinə iclas zamanı ana söyüşü söyüb.

 “Axar.az” məlumat verir ki, baş vermiş skandalın mərkəzində spiker Vladimir Rıbak dayanıb.

 Belə ki, müxalifət partiyaları ilə müzakirə zamanı spiker əsəblərinə hakim ola bilməyib. Müxalif deputatın bir neçə tələblə çıxış etməsinə dözməyən V.Rıbak oturduğu kürsüdən birbaşa millət vəkilinin ünvanına ana söyüşü ünvanlayıb.

 Qeyd edək ki, bu, Radada spikerin ilk belə hadisəsi deyil. O, bir neçə ay əvvəl də iclasların birində deputata söz verərkən eyni kəlmələrdən istifadə etmişdi.

Qaynar.info